IQNA

"ƏRBƏİN təhlükəsizlik planı" Kərbəla hotellərinin yoxlanılması ilə başladı

5:39 - October 14, 2017
Xəbər sayı: 3482258
Həzrət İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti günlərində zəvvarların təhlükəsizliyinin təmin edilməsi planının icrası istiqamətində ilk olar Kərbəla şəhərinin hotelləri yoxlanılmağa başladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti günlərində zəvvarların təhlükəsizliyinin təmin edilməsi planının icrası istiqamətində ilk olar Kərbəla şəhərinin hotelləri yoxlanılmağa başladı.

Kərbəla əyalətinin turizm sahəsinin təhlükəsizlik qüvvələri Oktyabr ayının 12-dən başlayaraq zəvvarların təhlükəsizliyini qorumaq üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi planına start veriblər və bu planının icrası yönündə Kərbəla şəhərinin hotelləri araşdırılıb.

Hotellərinin yoxlanılması zamanı qeyri-qanuni hallar aşkar edilib və yerində tədbirlər görülüb və 66 qeyri-qanuni hotel qapadılıb. O cümlədən bəzi hotellərdə çalışan 239 nəfər xarici vətəndaş işdən çıxarılaraq qanunla məsuliyyətə cəlb ediliblər. İraqda yaşamaq və işləmək üçün qanuni sənədləri olmayan bu xaricilər Banqladeş, Türkiyə, Pakistan, Hindistan və s... müxtəlif ölkələrin vətəndaşları olublar.

Bundan əlavə Kərbəla şəhərində 17 saxta turizm şirkəti aşkarlanaraq bağlanıb və şirkətlərin sahibləri İraqın məhkəmə orqanlarına təhvil veriliblər.

Kərbəla polisi elan edib ki, bütün təhlükəsizlik qüvvələrini ƏRBƏİN zəvvarların təhlükəsizliyin təmin edilməsi üçün səfərbər edibdir və İmam Hüseyn (ə) zairlərinin qorunması üçün xüsusi təhlükəsizlik planı icra olunmaqdadır.

http://www.iqna.ir/fa/news/3652162


Teqlər: iqna ، imam hüseyn ، kərbəla ، hotel ، Ərbəin
captcha