IQNA

Papa Fransisk miqrantların yeni doğulmuş uşaqlarına vətəndaşlıq verilməsini tələb etdi

11:15 - October 15, 2017
Xəbər sayı: 3482264
Dünya katoliklərinin 1. Papa Fransisk bəyaniyyə yayaraq istəyib ki, mühacirlərin yeni doğulmuş uşaqlarının məqsəd ölkədə qorunması və yerlilər ilə qarışması üçün onlara vətəndaşlıq verilsin.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İtaliyadakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulu İQNA ilə müsahibəsində Papa Fransiskin miqrantların yeni doğulmuş uşaqlarına vətəndaşlıq verilməsini tələb etdiyini xəbər verib.

Bu xəbərə görə, dünya katolik xristianlarının rəhbəri 266. Roma papası və indiki Vatikan hökmdarı 1. Papa Fransisk (Xorxe Mario Berqolyo) bəyaniyyə yayaraq istəyib ki, mühacirlərin yeni doğulmuş uşaqlarının məqsəd ölkədə qorunması və yerlilər ilə qarışması üçün onlara vətəndaşlıq verilsin.

Vatikan hökmdarı 1. Papa Fransisk vurğuladı: Bu böyük bir məsuliyyətdir. Kilsə istəyir ki, mühacirlər barədə narahatçılığını və bu məsələyə qayğı və diqqətini hamıya çatdırsın.

Papa mühacirlərin kütləvi şəkildə sığındıqları ölkələrdən çıxarılmalarını tənqid edərək əlavə etdi: Ən tez zamanda mühacirlərin və sığınacaq axtaran miqrantların məqsəd ölkəyə girişi üçün vizaların verilməsi zəruridir. Onlara məqsəd ölkəyə qanuni giriş üçün şərait yaradılmalıdır. Mühacirlərin ailələrinin ailə başçılarına qovuşması üçün də qaydalar asanlaşmalı və sürətli tədbirlər görülməlidir.

http://www.iqna.ir/fa/news/3652742


Teqlər: iqna ، papa ، roma ، miqrant
captcha