IQNA

Sülh mesajı ilə;

Tekzas müsəlmanları Trampın islamofobiya siyasətinə rekasiya veriblər

8:40 - December 05, 2017
Xəbər sayı: 3482472
Amerikanın Tekzas əyalətinin müsəlmanları bu ölkənin prezidenti Donald Trampın anti-İslam və islamofobiya siyasəti yönündə "twitter" sosial şəbəkəsində yazdığı fikirlərə reaksiya veriblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Tekzas əyalətinin müsəlmanları bu ölkənin prezidenti Donald Trampın anti-İslam və islamofobiya siyasəti yönündə "twitter" sosial şəbəkəsində yazdığı fikirlərə reaksiya veriblər.
Tekzas müsəlmanları bu əyalətdə toplantı edərək Donald Trampın anti-İslam və islamofobiya siyasətinə cavab olaraq dünyaya və amerikalılara sülh və vəhdət mesajı veriblər.
Toplantıda iştirak edənlər Amerikanın iki qaradərili siyasi və ictimai aktivisti və ABŞ-da müsəlmanların və afrikalıların hüquqlarının müdafiəçiləri olan Malkolm X (1925-1965) və idman meydanlarında ABŞ-ın adını ucaldan peşəkar güləşçi Məhəmməd Əlini (1942 – 2016) yad edib və anıblar.
Tekzas müsəlmanlarının din rəhbəri Ömər Süleyman bu toplantıda dedi: Donald Tramp anti-İslam videolar yaymaqla istəyir ki, Amerika müsəlmanlarını axmaq kimi göstərsin. Halbuki ABŞ cəmiyyətində müsəlmanlar kimi yaxşı toplum çox azdır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp keçən həftənin 3-cü gün İngiltərənin irqçi partiyasının vitse-prezidenti paylaşdığı videoları paylaşmışdı.    
http://iqna.ir/fa/news/3669459
Teqlər: iqna ، malkolm x ، abş ، sülh mesajı
captcha