IQNA

Ayətullah Üzma Xamenei 1000-dən çox məhbusu əfv etdi

16:03 - December 05, 2017
Xəbər sayı: 3482474
İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və altıncı məsum İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ərəfəsində İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Xamenei 1000-dən çox məhbusu əfv etdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə həbsdə olan 1007 nəfərin əfv olunması barədə fərman imzalayıb.
 
"Maid.az" saytı "Leader.ir” saytına istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
 
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Böyük İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 1007 məhbusun əfv edilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
 
Qeyd edək ki, dekabr ayının 6-sı  İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür. 
captcha