IQNA

Quranın Alman və Avropa dillərinə tərcümləri ilə tanışlıq-1

Almaniyalı şərqşünas və Papanın münşisi Quranı Latın dilinə tərcümə etdi

0:39 - January 10, 2018
Xəbər sayı: 3482619
Almaniyalı ədəbiyyatçı, dilçi, şərqşünas, İlahiyyatçı və Papanın münşisi Yuhan Albert Vidmanstirer (Johann Albrecht Widmannstetter) Qurani- Kərimi Latın dilinə tərcümə etmişdir.

Almaniyalı şərqşünas və Papanın münşisi Quranı Latın dilinə tərcümə etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropanın "Almaniya və İslami araşdırmalar teleqram kanalı"na istinadla verdiyi xəbərə görə, Almaniyalı ədəbiyyatçı, dilçi, şərqşünas, İlahiyyatçı, diplomat və Papanın münşisi Yuhan Albert Vidmanstirer (Johann Albrecht Widmannstetter) Almaniyada şərqşünaslığın və orientializmin (orientalistik) formalaşmasında dərin təsirə malik olmuşdur və həmçinin Qurani- Kərimi Latın dilinə də tərcümə etmişdir.

Almaniyalı ədəbiyyatçı, dilçi, şərqşünas, İlahiyyatçı, diplomat və Papanın münşisi Yuhan Albert Vidmanstirer öz zamanında Avropanın müxtəlif elmi mərkəzlərində təhsil almış, Ərəb və İbrini dillərini öyrənmişdir.

İlahiyyatçı kimi püxtələşəndən sonra isə müxtəlif dövlərdə Vatikan Papasının münşisi vəzifəsində çalışmışdır.

Yenidən Almaniyaya qayıtdıqdan sonra isə siyasi və diplomatik işlərdə işləmiş və həmçinin Şərqşünaslıq kitabxanasını təsis etmişdir. Bu kitabxana hazırda öz növündə dünyanın ən qədim kitabxanalarından biridir.

Yuhan Albert Vidmanstirer (Johann Albrecht Widmannstetter) Ərəb dilini bildiyi üçün Ərəb ölkələrinin tarixi və mədəniyyəti barədə bir neçə kitab təlif etmişdir.  

Yuhanın tərcümə etdiyi Quran- Kərim 1540-cı ildə Nurenburqda çap və nəşr edildi. Amma həmin çapın sayı az olmuşdu deyə, hazırda heç bir əsər ondan yoxdur.

Almaniyalı ədəbiyyatçı, dilçi, şərqşünas, İlahiyyatçı, diplomat və Papanın münşisi Yuhan Albert Vidmanstirer 1557-ci ildə Almaniyanın Bayren əyalətinin Reqensburq şəhərində dünyasını dəyişmişdir.    

http://iqna.ir/fa/news/3680024

 

Teqlər: iqna ، almaniya ، quran ، tərcümə
captcha