IQNA

Şeyx Əli Salman inqilabın 7-ci ildönümü münasibətilə ismarıc ünvanladı

9:01 - February 14, 2018
Xəbər sayı: 3482783
“əl-Vifaq” cəmiyyətinin baş katibi “14 Fevral, Xalq İnqilabı”nın ildönümü münasibəti ilə ünvanladığı ismarıcda vurğuladı: “Bəhreyn xalqı öz ədalətli tələblərinə çatmaq üçün böyük addımlar atıblar”.

Şeyx Əli Salman inqilabın 7-ci ildönümü münasibətilə ismarıc ünvanladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin “əl-Vifaq” cəmiyyətinin baş katibi Şeyx Əli Salman “14 Fevral, Bəhreyn Xalq İnqilabı”nın 7- ci ildönümü münasibəti ilə xalqına ünvanladığı ismarıcda vurğuladı: “Bəhreyn xalqı bütün təzyiq, həbs, təqib və zorakılıqlara baxmayaraq, öz ədalətli tələblərinə çatmaq üçün böyük addımlar atıblar, heç vaxt öz haqlı tələbələrindən geri çəkilməyəcəklər, onlar bunu keçən yeddi il ərzində sübut ediblər və bütün tələblərinin həyata keçəcəyi günə qədər də öz faəliyyətlərini davam etdirəcəklər”.

Bəhreynin “əl-Vifaq” cəmiyyətinin həbsdə olan baş katibi Şeyx Əli Salmanın ismarıcını onun həyat yoldaı Ülya Rəzi xalqa çatdırıb.

Ülya Rəzi bu ismarıcı çatdıraraq dedi: Bəhreyndə çoxlu problemlər vardır. Bu heç kimə gizli deyil. Və gərək ölkənin ağıl sahibləri ciddi şəkildə müzakirə mizi ətrafına toplaşaraq xalqı təhlükəsizlik sahilinə çatdırsınlar, qantökmək və şərləməklərə son versinlər və hamı üçün xeyirli olan hərtərəfli bir çarə yolu tapsınlar.

O, son zamanlarda şayiə edilmiş “Şeyx Əli Salmanın Qətərin keçmiş xarici işlər naziri Məhəmməd ibn Casim ibn Cəbr Ali Sani ilə telefon danışıqları etməsi məsələsi”ni ərinin barəsində böhtan adlandıraraq, bunun Şeyx Salmanı siyasi meydandan uzaqlaşdırmaq və həbsdə daha çox saxlamaq üçün ortaya atıldığını vurğuladı.  

Xanım Ülya Rəzi əlavə etdi: 2017-ci ilin Fevral ayından Şeyx Əli Salman və digər etirazçı siyasi rəhbərlər üçün həbsdə çətin şərait yaradılıb və onlara ailələri ilə görüşməyə icazə vermirlər. Bundan əlavə onlara tibbi köməklər və lazım olan dərman peraparatları da vaxtında çatdırılmır. Onları tibb məntəqələrinə apararkən ayaqlarını zəncirlə bağlayırlar.

Qeyd edək ki, Beynəlxalq Hüquq və Azadlıqların Müdafiəsi Mərkəzi Bəhreyn həbsixanalarındakı siyasi məhbusların vəziyyəti ilə bağlı nigranaçılığını bildirib və elan edib ki, Ali- Xəlifə rejiminin bu addımı Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq qanunlar məcəlləsinə ziddir. Bəhreyn dövləti 2006-cı ildə bu qanun barədə öhdəçilik götürmüşdür.

http://iqna.ir/fa/news/3691139   

captcha