IQNA

Stanford unuversitetində “Avropada İslamın yenidən kəşfi” adlı seminar keçiriləcək

7:30 - February 15, 2018
Xəbər sayı: 3482789
ABŞ-ın Kaliforniya əyalətinin Stanford unuversitetində “Şərqin başqa bir pəncərədən görüntüsü; İslamçılıq və iki dünya müharibəsinin arasında Avropada İslamın yenidən kəşfi” adlı seminar keçiriləcək.

Stanford unuversitetində “Avropada İslamın yenidən kəşfi” adlı seminar keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın Kaliforniya əyalətinin Stanford unuversitetində “Şərqin başqa bir pəncərədən görüntüsü; İslamçılıq və iki dünya müharibəsinin arasında Avropada İslamın yenidən kəşfi” adlı seminar keçiriləcək.

“Stanford.edu” saytının verdiyi məlumata əsasən, bu seminar cari ilin Mart ayının 5-də, günün ikinci yarısında, yerli vaxtla saat 17:30-da başlayacaqdır.

Stanford unuversitetinin “Şərqin başqa bir pəncərədən görüntüsü; İslamçılıq və iki dünya müharibəsinin arasında Avropada İslamın yenidən kəşfi” adlı seminarda Amerikanın Şikaqo əyalətinin “Loyola University Chicago”nun tarix müəllimi Edin Pasik çıxış edəcəkdir.

Birinci dünya müharibəsindən sonra avropalı ziyalıların İslam dininə meyillənməsi və bu din ilə maraqlanması avropalıların və müsəlmanların keçmişi və gələcəyi barədə yeni suallar ortaya çıxardı.

Bu seminarda çıxış edəcək Amerikanın Şikaqo əyalətinin “Loyola University Chicago”nun tarix müəllimi Edin Pasik öz çıxışında Mirza M. Abdurrahmanın həyatı barədə və onun katolik xristianlıqdan çıxaraq müsəlman olmasından danışacaq və bunun əsasında avropalıların müsəlman olmasının səbəblərini və həmçinin İslamın Avropdada yerli və ya gəlmə olması məsələsini müzakirə edəcəkdir.

http://iqna.ir/fa/news/3691522

Teqlər: avropa ، İslam ، abş ، iqna
captcha