IQNA

Rusiyalı şərqşünas Quran tərcüməsini yekunlaşdırmaq üzərədir

8:10 - February 19, 2018
Xəbər sayı: 3482805
Qurani- Kərimu müasir dövrdə Rus dilinə tərcümə edən rusiyalı şərqşünas və mütərcim Yefim Rizvanın tərcümə işi yekunlaşmaq üzərədir.

Rusiyalı şərqşünas Quran tərcüməsini yekunlaşdırmaq üzərədirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Rusiya İslami Araşdırmalar Mərkəzi”nin informasiya portalına istinadla verdiyi xəbərə görə, Qurani- Kərimu müasir dövrdə Rus dilinə tərcümə edən rusiyalı şərqşünas və mütərcim Yefim Rizvanın tərcümə işi yekunlaşmaq üzərədir.

Yefim Rizvan - Rusiyalı şərqşünas, İslamşünas, Quran araşdırmaçısı və mütərcim, Rusiya Elmlər Akademiyasının Antropologiya və Etnologiya Muzeyinin məsul işçisidir.   

O, “Rusiya İslami Araşdırmalar Mərkəzi”nin rəisi Həmid Hadəvi ilə görüşündə özünün şərqşünaslıq və Quran araşdırmları barədə tarixçəsindən və yeni elmi layihələrindən danışıb.

Rusiyalı şərqşünas, İslamşünas, Quran araşdırmaçısı və mütərcim qeyd edib ki, planlaşdırdığı araşdırma layihələrindən biri Quranın termin və lüğətləri bazasını yaratmaqdır. Bunu İslamdan öncəki və İslamın ilk əsirlərindəki mətnlər və ədəbiyyat əsərləri əsasında etmək fikrindədir. Çünki bu məsələ Qurani-Kərimin lüğət və terminlərinin izahı və anlmaı üçün çox əhəmiyyətlidir. Digər tərəfdən isə İslamın ilk dövrlədindən sonra yazılan təfsirlər ayələri məna etmək üçün dəqiq mənbə sayılmır. Buna görə ki, müxtəlif hadisələr səbəb olmuşdu ki, müsəlmanların Qurandan dərkində ciddi dəyişikliklər yaransın.

Rusiyalı şərqşünasın fikrincə Antropologiya və Etnologiya elmləri əsasında köhnə mətnlərdə axtarış aparmaq və Peyğəmbər dövründə Hicazda yaşayan sadə xalqın həyatını mütaliə etməklə Quran ayələrini daha dəqiq başa düşmək olar. Buna görə Qurani- Kərimi Hicaz xalqının Antropologiya və Etnologiyasını mütaliəsi əsasında tərcümə etmişdir.

Yefim Rizvan - Rusiyalı şərqşünas, İslamşünas, Quran araşdırmaçısı və mütərcim, Rusiya Elmlər Akademiyasının Antropologiya və Etnologiya Muzeyinin məsul işçisi həm də bildirib ki, Qurani-Kərimin tərcüməsindən sonra Nəhcül-Bəlağəni rus dilinə tərcümə edəcəkdir. Daha sonra isə “Mənim İslam dünyam” ensikolpediyasının üçünçü cildini İran barədə yazmağı düşündüyünü qeyd edib.

Qeyd edək ki, “Mənim İslam dünyam” ensikolpediyasının birinci cildi “Türküstan”, ikicni cildi isə Yəmən barədə yazılmışdır.

 http://iqna.ir/fa/news/3692800

captcha