IQNA

Avstriyada Quran və Nəhcül-Bəlağə təfsiri dərsləri

11:58 - May 21, 2018
Xəbər sayı: 3483199
Avstriyanın paytaxtı Vyanda yerləşən "İmam Əli (ə) İslam Mərkəzi" mübarək Ramazan ayının ilk günündən Qurani-Kərimin təfsiri və Nəhcül-Bəlağənin şərhi dərslərini təşkil edib.

Avstriyada Quran və Nəhcül-Bəlağə təfsiri dərsləriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstriyanın paytaxtı Vyanda yerləşən "İmam Əli (ə) İslam Mərkəzi" mübarək Ramazan ayının ilk günündən Qurani-Kərimin təfsiri və Nəhcül-Bəlağənin şərhi dərslərini təşkil edib.

İlahi ayələrin təfsiri və İmam Əlinin (ə) xütbə və hədislərinin şərhi dərsləri bu mərkəzdə Alman dilində keçirilir.  

Qurani-Kərimin mövzu təsniftatı üzrə təfrsi həftənin tək günləri və Nəhcül-Bəlağənin mövzu təsniftatı üzrə şərhi dərsləri həftənin cüt günləri Zöhr və Əsr namazları qılındıqdan sonra başlayır.

Bundan əlavə bu İslam Mərkəzində hər gün yerli vaxtla saat 18:30-da şəri məsələlərin təlimi məclisləri keçirilir. Şam azanından öncə bir cüz Quran tərtil ilə tilavət edilir, bundan sonra isə Ayətullah Raşidin moizələri dinlənilir.

Şam və Xüftən namazlarından və iftardan sonra isə İftitah duası oxunur, həmçinin vətəndaşların dini suallarına cavab verilir.  

http://iqna.ir/fa/news/3716313

Teqlər: iqna ، avstriya ، vyana ، ramazan ، tərtil ، islam mərkəzi
captcha