IQNA

Türkiyədə beynəlxalq Quran yarışları başladı

23:11 - May 21, 2018
Xəbər sayı: 3483202
Türkiyənin 6-cı beynəlxalq Qurani-Kərim yarışlarının açılış mərasimi dünən gecə, həftənin bazar günü, 20 May 2018-ci il, İstambul şəhərinin Fateh məscidində keçirldi.

Türkiyədə beynəlxalq Quran yarışları başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin birinci günü, 21 May 2018-ci il, Türkiyənin 6-cı beynəlxalq Qurani-Kərim yarışlarına rəsmi şəkildə start verildi.

Türkiyənin 6-cı beynəlxalq Qurani-Kərim yarışlarının açılış mərasimi dünən gecə, həftənin bazar günü, 20 May 2018-ci il, İstambul şəhərinin Fateh məscidində keçirldi.

Qurani-Kərimin hifzi və qiraəti üzrə keçirilən bu yarışlarda İran İslam Respublikasının bu yarışlarda hifz və qiraət üzrə nümayəndələri sabah, həftənin ikinci günü, 22 May 2018-ci il, öz proqramlarını icra edəcəklər.

Qiraət üzrə yarışlar yerli vaxtla gecə saat 23:00-dan 01:00-dək və hifz üzrə yarışlar gündüz saat 12:00-dan 15:00-dək davam edəcəkdir.  

İran İslam Respublikasını bu yarışlarda qiraət üzrə Ümid Hüseyninəjad və hifz üzrə Məhəmmədrza Əhmədi təmsil edəcəkdir.

Quranın hifzi üzrə yarışların final mərhələsi həftənin şənbə günü və qiraət üzrə final mərhələsi Cümə günü baş tutacaqdır.  

Qeyd edək ki, bu yarışlara dünyanın 60 ölkəsindən 165 nəfər qatılıb. Qurani-Kərimin hifzi üzrə 50 nəfər və peşəkar qiraəti üzrə 60 nəfər rəqabət edəcəklər.

http://iqna.ir/fa/news/3716331

 

captcha