IQNA

Məşhur futbolçu:

Final günü oruc tutacam

23:23 - May 21, 2018
Xəbər sayı: 3483203
İngiltərənin Liverpul futbol komandasının misrli üzvü Məhəmməd Salah elan edib ki, Avropa futbol klublarının çempionlar liqasının finalında oruc tutacaqdır.

Final günü oruc tutacamİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin Liverpul futbol komandasının misrli üzvü Məhəmməd Salah elan edib ki, Avropa futbol klublarının çempionlar liqasının finalında oruc tutacaqdır.

İngiltərənin Liverpul futbol komandasının misrli üzvü Məhəmməd Salah jurnalistin "Avropa futbol klublarının çempionlar liqasının finalında oruc tutacaqsızmı" sualının cavabında dedi: Bəli, mən Allahın razılığı üçün oruc tutacam, həmin Allah ki, mənə uğurlar nəsib edib. Buna görə də Ramazan ayının bütün günlərini oruc tutacam.  

Qeyd edək ki, İngiltərənin Liverpul futbol komandasının misrli üzvü Məhəmməd Salah bu fəsildə ən yaxşı oyunçu adını alıb və bundan əlavə İngiltərə klublarının yarışlarında 32 qol vurub.

Xatırladaq ki, Avropa futbol klublarının çempionlar liqasının finalı May ayının 26-da Ukraynanın Kiev şəhərində keçiriləcəkdir. Bu finalda Liverpul komandası İspaniyanın Real-Madrid komandası qarşılaşacaqdır.

http://iqna.ir/fa/news/3716520

captcha