IQNA

Paraqvay səfirliyini Qüdsə köçürdü

5:19 - May 22, 2018
Xəbər sayı: 3483205
Paraqvayın prezidenti, dünən, həftənin birinci günü, 21 May 2018-ci il, Amerikanın mənfur siyasətlərinə tabeçilik göstərərək və təhrikedici bir addımla ilə öz səfirliyini işağl edilmiş Qüdsdə açdı.

Paraqvay səfirliyini Qüdsə köçürdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Paraqvay respublikası ABŞ-a tabe olaraq öz səfirliyini Tel-Avivdən işğal edilmiş Qüdsə köçürdü.

Paraqvayın prezidenti, dünən, həftənin birinci günü, 21 May 2018-ci il, Amerikanın mənfur siyasətlərinə tabeçilik göstərərək və təhrikedici bir addımla ilə öz səfirliyini işağl edilmiş Qüdsdə açdı. Beləliklə Paraqvay respublikası bu rüsvayçı addımda Qvatemala və Amerikadan sonra üçüncü oldu.

Qeyd edək ki, keçən həftənin birinci günü ABŞ, üçüncü günü Qvatemala və cari həftənin birinci günü Paraqvay dövlətləri öz səfirliklərini işğal edilmiş Qüds şəhərində açdılar.

Amerika və müttəfiqlərinin bu addımına etiraz edən fələstinlilər isə dinc aksiyalar zamanı qətliam edildilər. Fələstinin səhiyyə nazirliyinin verdiyi hesabata əsasən, bu aksiyalarda 65 fələstinli şəhid edildi və 3000 nəfər yaralandı.    

http://iqna.ir/fa/news/3716435

Teqlər: paraqvay ، iqna ، qwds ، qüds ، fələstin
captcha