IQNA

Qırğızıstanda dindarlıq radikallaşmaya doğru gedir

21:54 - May 22, 2018
Xəbər sayı: 3483207
Hesabtda göstərilən digər məsələ budur ki, Mərkəzi Asiya vətəndaşlarının sayı Suriya və Əfqanıstanda çoxalmaqda davam edir. İŞİD sıralarında 1000 nəfərdən çox Qırğızıstan vətəndanşı döyüşür.

Qırğızıstanda dindarlıq radikallaşmaya doğru gedirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son illərdə sekulyar Qırğızıstan cəmiyyəti daha çox dindarlaşmağa doğru gedir. Və bu məsələ təkcə cəmiyyətin ümumi əhval-ruhiyyəsindən deyil, həm də əldə olunan rəsmi hesabatlardan da bəlli olur.  

Qırğızıstanda məscidlərin sayı məktəblərdən daha çoxdur. Və bu məsələ paytaxtdan kənar yerlərdə daha çox qabarıq şəkildə müşahidə edilir. Bu hesabat təkcə rəsmi lisenziya ilə fəaliyyət göstərən dini mərkəz və məscidlərə aiddir və qeyri-qanuni fəaliyyətdə olan dini mərkəzlər bu hesabatda göstərilməyib.

Hesabtda göstərilən digər məsələ budur ki, Mərkəzi Asiya vətəndaşlarının sayı Suriya və Əfqanıstanda çoxalmaqda davam edir. İŞİD sıralarında 1000 nəfərdən çox Qırğızıstan vətəndanşı döyüşür. Bundan əlavə ölkədə qeyri-aktiv vəhabilərin sayı da durmadan artmaqdadır.

Qırğızıstan vətəndaşları müasir əyləncə, müasir texnologiya və müasir tibbi adavdanlıqlardan uzaqlaşır və daha çox dini və ənənəvi mərkəzlərə müraciət edirlər. Ölkənin keçmiş müftisi Çubak Hacinin auditoriyası milli tele-radio şirkətinin auditoriyasından daha çoxdur. İnsanlar müalicə üçün daha çox məzhəbi təbiblərə müraciət edirlər. Bu isə ölkəni orta əsirlərə sürükləyir.

Qırğızıstanın dini və siyasi elmlər üzrə mütəxəssisi Aynura Arzimatova bunu cəmiyyətdə lazım olan maarifləndirmə işlərinin aparılmaması və alternativ ideologiyanın olmaması ilə əlaqələndirir. O deyir: Ölkənin ana yasasına görə, bu ölkə sekulyardır və müstəqillik əldə edildikdən sonra bu proses başlayıb. Amma cəmiyyətin dini rakidallaşmaya doğru getməsi Ərəb ölkələrinin maddi dəstəkləri və senariləri əsasında baş verir.   

http://iqna.ir/fa/news/3716602  

captcha