IQNA

Səfir Qurana 10 cildlik təfsir yazdı

8:26 - August 07, 2018
Xəbər sayı: 3483613
İran İslam Respublikasının Tunisdəki səlahiyyətli səfiri Höccətul-İslam vəl-müslimin Mustafa Brucerdi Qurani-Kərimə on cildlik təfsir yazıb.

Səfir Qurana 10 cildlik təfsir yazdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Tunisdəki səlahiyyətli səfiri Höccətul-İslam vəl-müslimin Mustafa Brucerdi Qurani-Kərimə on cildlik təfsir yazıb.

Cənab səfir İQNA ilə müsahibəsində bu təfsirin yaxın zamanlarda İran İslam Respublikasının müqəddəs Qum şəhərində yerləşən "Bustane Ketab" nəşriyyatı tərəfindən çap və nəşr ediləcəyini vurğulayıb.

Quran surələrinin maarifləndirici ayələrinin şərhi olan bu təfsirin bədii redaktoru Əbulfəzl Təriqədardır. Yeni çap ediləcək təfsirin adı "Şəms təfsiri"dir.

Höccətul-İslam vəl-müslimin Mustafa Brucerdi bildirib ki, təfsir kitabına "ŞƏRH" adını çox saylı adlar arasından seçib və hətta bu adın seçilməsi üçün istixarə də edib.

İran İslam Respublikasının Tunisdəki səlahiyyətli səfiri dedi: Bu işin axirətim üçün zəxirə olacağına ümidvaram. Və çalışacam ki, gələcəkdə bu təfsir müxtəlif dillərə də tərcümə olunsun.

http://iqna.ir/fa/news/3736315

Teqlər: təfsir ، səfir ، tunis ، iqna
captcha