IQNA

İşğalçı İsrail:

Druzilər Suriyada özlərinə ölkə qursunlar

19:41 - August 07, 2018
Xəbər sayı: 3483615
Fələstində yaşayan "Druzi"lərin işğalçı sionist kennestinin "yəhudi milləti qanunu"na etiraz etməsinin ardınca terrorçu İsrail dövləti onlara "gedin Suriyada dövlət qurun" deyib.

Druzilər Suriyada özlərinə ölkə qursunlarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstində yaşayan "Druzi"lərin işğalçı sionist kennestinin "yəhudi milləti qanunu"na etiraz etməsinin ardınca terrorçu İsrail dövləti onlara "gedin Suriyada dövlət qurun" deyib.

Terrorist İsrail rejiminin baş naziri Binyamin Netanyahunun yaxın qohumu Nata İşel öz doğma yurdlarında yaşayan druzilərdən işğal edilmiş Fələstin torpaqlarından çıxmalarını və Suriya gedib özlərinə orada dövlət yaratmalarını istəyib.

Qondarma rejimin rəsmisi deyib: "Yəhudi Milləti" qanunundan bir söz belə azalmayacaq. Druzilərin bundan xoşu gəlmirsə, Suriyaya getsinlər və orada özlərinə dövlət qursunlar.

Qeyd edək ki, Druzilər İslam dininin İsmailiyyə məzhəbindən ayrılmış bir təriqətdir. Bu təriqətin davamçıları Livan, Suriya, Fələstin və İordaniyada yaşayırlar. Təriqətin dünyada 1 milyon 500 min nəfər davamçısı vardır ki, onların əskəriyyəti Suriyada yaşayırlar.  

http://iqna.ir/fa/news/3736814

Teqlər: iqna ، məzhəb ، təriqət ، druzi ، fələstin
captcha