İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinin şimal qərbində minlərlə sakinin etirazları bir məscidin dağıdılmasına mane oldu.
Ninqşia Hui Muxtar Vilayətində Vijo şəhərinin yerli hakimiyyətinin yeni inşa edilmiş məscidin dağıdılmasına dair qərarına qarşı minlərlə sakinin etirazları dövlət qüvvələrinin öz mövqelərindən geri oturmaları ilə nəticələnib.
Sözü gedən bölgənin müsəlman sakinləri dünən günortadan başlayaraq gecə yarısınadək məscidin ətrafına toplaşaraq təhlükəsizlik qüvvələrinin əraziyə daxil olmalarına imkan verməyiblər.
Yerli rəsmilərdən biri dünən gecə piket iştirakçıları ilə görüşərək yerli hökumətin məscidi dağıtmaq qərarından vaz keçdiyini bildirib və sakinləri evlərinə qayıtmağa çağırıb.
Yerli rəsmi həmçinin sakinlərlə məscid binasının yenidən bərpası barədə məsləhətləşmələr aparılacağını bildirib.
Vijo şəhərinin yerli hökuməti avqustun 3-də bir bəyanat yayaraq bildirmişdi ki, məscidin inşa üçün lazımı sənədlərə malik olmadığı üçün o dağıdılmalıdır.
Çin dövlətinin rəsmi statistikalarına görə, bu ölkədə müsəlmanların sayı 23 nəfər təşkil edir amma qeyri-rəsmi mənbələr bu rəqəmin 50-70 milyondan ibarət olduğunu bildirirlər.