IQNA

OXFORD universitetində Quran təfisri ixtisasında doktoraüstü tələbə qəbulu

22:39 - August 11, 2018
Xəbər sayı: 3483641
İngiltərənin OXFORD (Oksford) universitetinin Şərq Araşdırmaları və Şərqşünaslıq institutu Quran təfisri sahəsində araşdırmalar üçün doktoraüstü tələbə qəbulu elan edib.

OXFORD universitetində Quran təfisri ixtisasında doktoraüstü tələbə qəbuluİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin OXFORD (Oksford) universitetinin Şərq Araşdırmaları və Şərqşünaslıq institutu Quran təfisri sahəsində araşdırmalar üçün doktoraüstü tələbə qəbulu elan edib.

Quran təfsiri sahəsində araşdırmalara üçün qəbul edilən tələbələr "Quran təfsiri: hibrid paradiqma" adlı tədiqaqat layihəsinin üzərində çalışacaqlar.

"Quran təfsiri: hibrid paradiqma" adlı tədiqaqat layihəsinin maddi vəsatini Avropanın Tədqiqat Şurası öhdələyəcəkdir.

Bu araşdırma Qurani-Kərimin ilk dörd surəsinin üzərində, hərtərəfli, geniş və birinci dərəcəli qaynaqlar əsasında aparılmalıdır.

Sözügedən tədqiqat layihəsinə qoşulmaq istəyən araşdırmaçıların həmin ixtisas üzrə doktorantura sənədi olmalı, Quran elmləri və klassik Ərəb dilini bilməli və İslam elmləri və İslami qaynaqlar sahəsində məlumatlı olmalıdır. Fars və ya Urdu dilini bilmək isə imtiyaz sayılır.

Gələn ilin (2019) Aprel ayında başlanacaq bu layihənin yekunlaşdırılması üçün dörd il vaxt nəzərdə tutulmuşdur. Layihədə iştirak etmək istəyənlər cari ilin (2018) Sentyabr ayının 14-dək öz sənədlərini təqdim etməlidirlər.     

http://iqna.ir/fa/news/3737621

captcha