IQNA

Süveyda əyaləti işğaldan azad edildi

18:23 - August 13, 2018
Xəbər sayı: 3483655
Məlumatda deyilir ki, Suriya silahlı qüvvələri İŞİD ünsürləri ilə kəskin savaşdan sonra Süveyda əyalətinin şərqi və şimal-şərq səhralarının kontrolunu tamamilə ələ keçiriblər.

Süveyda əyaləti işğaldan azad edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriya silahlı qüvvələri Süveyda əyalətini kamil şəkildə terroristlərin işğalından azad etdilər.

Bu barədə BMT-nin Suriyadakı İnsan Hüquqları Gözətçisi Təşkilatı xəbər yayıb.

Məlumatda deyilir ki, Suriya silahlı qüvvələri İŞİD ünsürləri ilə kəskin savaşdan sonra Süveyda əyalətinin şərqi və şimal-şərq səhralarının kontrolunu tamamilə ələ keçiriblər.

Bu məlumata əsasən, Suriya silahlı qüvvələri Süveydanı İŞİD terrorçularından azad etmək üçün on gün döyüşüblər. Süveydanın azad edilməsində Suriyanın hərbi hava qüvvələri İŞİD mövqelərini ardıcıl şəkildə bombardman etməklə  əsas rolu oynayıblar.

http://iqna.ir/fa/news/3738111 

Teqlər: iqna ، süveyda ، İŞİd ، suriya
captcha