İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Dəhuk şəhərinin "Oğurlnamışların Xilası Ofisi" dünən, həftənin birinci günü, 13 Avqust 2018-ci il, beş nəfər "eyzədi"nin (yezidi kürdü) İŞİD əsirliyindən azad edildiyi barədə xəbər yayıb.
İraqın Dəhuk şəhərinin "Oğurlnamışların Xilası Ofisi"nin verdiyi məlumatda bildirilir ki, həmin eyzədi kürdləri 2014-cü ildə İŞİD tərəfindən əsir götürülüblərmiş.
Hüseyn Qaidi (İraqın Dəhuk şəhərinin "Oğurlnamışların Xilası Ofisi"nin müdiri) xəbər konfransında deyib: İraqın Kürdüstan əyalətinin Sincar şəhərinin əhalisindən olan və 2014-cü ildə əsir götürülərək indiyədək əsirlikdə olan beş nəfər eyzədi İŞİD əsirliyindən azad edilib. Onlar bir ana və onun dörd övladıdır. Onlar Suriyada əsirlikdən azad ediliblər və hazırda vətənlərə qayıdırlar.