IQNA

Fransa qəzeti yazır:

Müsəlman cəmiyyətinin sayı 3 milyardı keçəcək

12:06 - September 02, 2018
Xəbər sayı: 3483779
Fransanın katolik xsristianların "La Croix" xəbər qəzetinin yazdığı məlumatda deyilir: Dünya müsəlmanlarının sayı 2060-cı ildə 3 milyard nəfərdən çox olacaqdır.

Müsəlman cəmiyyətinin sayı 3 milyardı keçəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın katolik xsristianların "La Croix" xəbər qəzetinin yazdığı məlumatda deyilir: Dünya müsəlmanlarının sayı 2060-cı ildə 3 milyard nəfərdən çox olacaqdır.

Həcc mərasiminin başlanması, müsəlmanların bu ayda gözəçarpacaq dərəcədə hərəkətə gəlməsi münasibəti ilə Avropa ölkələri arasında ən çox müsəlman cəmiyyətinə sahib olan Fransa mediası gündəmi müsəlmanlar üzərində fokuslayıb.

Roma katolik kilsəsinin görüşlərini təbliğ edən və 1880-cı ildən Fransada yayımlanan "La Croix" qəzeti Fransanın RTL peyk tv kanalının müsəlmanların sayının çoxalması barədə hesabatına işarə edərək yazır: Amerikanın "Pew Center" tədqiqat müəssisəsinin araşdırmasına əsasən, dünya müsəlmanlarının sayı 2060-cı ildə 3 milyard nəfərdən çox olacaqdır. Halbuki 2010-cu ilin araşdırmalarına görə, müsəlmanların sayı dünyada 1 milyard 600 milyin nəfər olmuşdur. Buna əsasən də İslam dini hazırda dünyada xristianlıqdan sonra ardıcıllarının sayına görə ikinci ən böyük dindir.

Qəzet yazır: Müsəlmanların ikidə üçündən çoxu (62 faizi) Asiya-Sakit okean ölkələrində yaşayırlar. Orta Şəqr və Afrikanın şimalının isə cəmiyyətin 93 faizi (341 milyon) müsəlman olmaqla, müsəlmanların ən sıx yaşadıqları ölkələr hesab edilir. Müsəlmanların cəmiyyət sıxlığı qaradərili Afrikada 30 faiz və Asiya-Sakit okean ölkələrində isə 24 faizdir. Son olaraq isə qeyd edək ki, müsəlmanlar dünyanın 49 ölkəsində cəmiyyətin əksəriyyətinin təşkil edirlər.

http://iqna.ir/fa/news/3743171

 

Teqlər: iqna ، milyard ، milyon ، fransa ، roma ، katolik
captcha