İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kenyada İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə ƏRBƏİN ziyarəti toplantısı keçiriləcək.
Kenyanın paytaxtı Nayrubinin "Park Rud" rayonunda yerləşən şiə məscidində keçiriləcək bu mərasimdə müsəlmanların və xrsitiyanların tanınmış ictimai xadimləri, nüfuzlu şəxsiyyətləri, mütəfəkkirləri müəllim və tələbələri iştirak edəcəklər.
Toplantı "İmam Hüseyn (ə) hərəkatı; ədalət, azadlıq və bütün bəşəri cəmiyyətlər üçün hüquqların bərpa edilməsi" devizi ilə İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti günü, Səfərin ayının 20-də (30 Oktyabr) keçiriləcəkdir.
İran İslam Respublikasının Kenyadakı Mədəniyyət Əlaqələri Mərkəzi bu barədə açıqlama verərək bildirib ki, toplantının hədəfi İmam Hüseynin (ə) və vəfalı ənsarının ƏRBƏİN mərasiminin əzadarlıq karvanları ilə həmrəylik etməkdir.