IQNA

Hindistanın Allahabad şəhərinin adı dəyişdirildi

16:36 - October 18, 2018
Xəbər sayı: 3484077
Hindistanın irqçi iqtidar partiyası Bharatiya Janata (BJP) Allahabad şəhərinin adını Prayaqraj olaraq dəyişdirib.

Hindistanın Allahabad şəhərinin adı dəyişdirildiIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-un verdiyi xəbərə görə, Hindistanın irqçi iqtidar partiyası Bharatiya Janata (BJP) Allahabad şəhərinin adını Prayaqraj olaraq dəyişdirib.

Bharatiya Janata Partiyası "1500-cü illərdə edilən səhvi düzəltmək istədik" mesajıyla şəhərin adını dəyişdirib. Bir milyondan çox əhalisi olan Allahabadın adı əyalət kabinetinin razılığylaı Prayaqraj olub.

Hindistan Ali Məhkəməsi keçmiş sədri Markandey Katju Tvitter hesabından "Biz allahabadlılar olaraq, Allahabad deməyə davam edəcəyik", - söyləyərək, qərara reaksiya göstərib. Şəhərdə yaşayan müsəlmanlar da ad dəyişikliyi siyasəti ilə BJP-nin şəhərin tarixi yaddaşını silməyə çalışdığını düşünür. Şəhərin "Allahın şəhəri" mənasındakı adını 1583-ci ildə Babur kralı Əkbər Şah qoymuşdu.

Teqlər: hindistan ، allahabad ، iqna ، quran ، müsəlman
captcha