IQNA

Quranın elmi ecazkarlığı beynəlxalq toplantısı öz işini yekunlaşdırıb

23:32 - February 18, 2019
Xəbər sayı: 3484712
Qurani-Kərimin elmi ecazkarlığı mövzusunda İraqın paytaxtı Bağdad şəhərində keçirilən ilk toplantı öz işini yekunlaşdırıb.

Quranın elmi ecazkarlığı beynəlxalq toplantısı öz işini yekunlaşdırıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimin elmi ecazkarlığı mövzusunda İraqın paytaxtı Bağdad şəhərində keçirilən ilk toplantı öz işini yekunlaşdırıb.

Qurani-Kərimin Birinci Elmi Ecazkarlığı Toplantısın dünən, həftənin bazar günü, Bağdadın "Ümmül-Qüra" came məscidində yekun mərasimi keçirilib.

Mərasimdə mövzu barədə bəyaniyyə yayan alimlər bildiriblər ki, Qurani-Kərimin Elmi Ecazkarlığı mövzusunda ixtisaslaşdırılmış akademiya yaradılmalıdır.

İraqın Əhli-Sünnə Dini Fondlar İdarəsinin təşəbbüsü və İraqın Baş Naziri Adil Əbdülmehdinin dəstəyi ilə keçirilən toplantıda Quranın elmi ecazkarlığı mövzusunda ixtisaslaşdırılmış akademiyanın və "Quran və Sünnə Elmi Ecazkarlığı Beynəlxalq Birliyi"nin təsis edilməsinin zəruri olduğu vurğulanıb.

Habelə toplantıda Quran və sünnənin ecazkarlığı mövzusunda araşdırmaların nəşri və bu məsələnin mediada işıqlandırılması məsələsi də müzakirə edilib.

Qeyd edək ki, bu iki günlük toplantıda İran İslam Respublikasının İslam Mədəniyyəti və Beynəlxalq Əlaqələr Mərkəzi də iştirak edib.  

http://iqna.ir/fa/news/3791068  

Teqlər: iqna ، quran ، sünnə
captcha