IQNA

Hindistanda tələbələr arasında Quran yarışları keçirildi

9:24 - February 19, 2019
Xəbər sayı: 3484715
Hindistanın Andhra Pradeş əyalətində tələbələr arasında keçirilən Qurani-Kərim yarışları keçən həftənin Bazar günü (17 Fevral 2019) öz işini yekunlaşdırıb.

Hindistanda tələbələr arasında Quran yarışları keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Andhra Pradeş əyalətində tələbələr arasında keçirilən Qurani-Kərim yarışları keçən həftənin Bazar günü (17 Fevral 2019) öz işini yekunlaşdırıb.

Əyalət Quran yarışlarında iştirak edən tələbələrə və yarışların qaliblərinə yekun mərasimində qiymətli və nəfis hədiyyələr verilib.

Bu yarışların seçim mərhələsi Hindistanın Andhra Pradeş əyalətinin müxtəlif şəhər və rayonlarında Quran Araşdırmaları Birliyi (UFQS) tərəfindən keçirilmişdi.

Quran Araşdırmaları Birliyinin (UFQS) rəisi Məhəmməd Davud bu barədə deyib: Qurani-Kərim yarışları müsəlman tələbə və şagirlərin Qurani-Kərimi oxumağa həvəsləndirilməsi hədəfi ilə keçirildi. Əyalətin müxtəlif rayonlarından yarışlara 8000 nəfər şagird və tələbə qatılmışdı. Onların da 500 nəfəri final mərhələsinə vəsiqə qazanaraq 6 qrupda yarışdılar. Final mərhələsinə çıxan hər tələbə və şagirdə qiymətli hədiyyələr, final mərhələsində birinci yerlərin qaliblərinin hər birinə 5 min rupi və hər qrupun fərqlənən 3 nəfərinin hər birinə 4 min 500 rupi hədiyyə verildi.

Hindistanın İslami Camaat Təşkilatının rəisi mərasimdə çıxış edərək deyib: İndiki şəraitdə ki, uşaqlar müharibə, öldürmək və oğurluqla tanış edən komputer, mobil telefon və televiziyaya aludə olublar, bu cür yarışların keçirilməsi İslami və əxlaqi dəyərlərin dirilməsi üçün lazımdır.     

http://iqna.ir/fa/news/3791129

captcha