IQNA

Malaziya pavilyonunda haşiyəli Quranlar nümayiş edilir

8:53 - May 15, 2019
Xəbər sayı: 3485136
İranın 27-ci beynəlxalq Quran sərgisinin beynəlxalq bölməsinin Malaziya pavilyonunda "Yayasan Rustu" Quran müəssisəsi nəşriyyatının cildi və səhifələri haşiyəli və naxışlı Quran nüsxələri nümayiş edilir.

Malaziya pavilyonunda haşiyəli Quranlar nümayiş edilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 27-ci beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxalq bölməsinin Malaziya pavilyonunda "Yayasan Rustu" Quran müəssisəsi nəşriyyatının cildi və səhifələri haşiyəli və naxışlı Quran nüsxələri nümayiş edilir.

Malaziyanın "Yayasan Rustu" Quran müəssisəsi nəşriyyatı indiyədək müxtəlif Quran nüsxələrini İngilis, Fransız, Hindu, Malay, Urdu, Malaziya və sair dillərdə haşiyələr ilə nəşr etmişdir.

Səhifə kənarlarına müxtəlif mövzular əsasında haşiyə yazılmış Quran nüsxələri xəttatlıq və rəssamlıq incəsənəti nümunələridir.

"Yayasan Rustu" Quran müəssisəsi nəşriyyatının müdiri Məhəmməd Şəfii Zal bu barədə deyib: Haşiyə yazdığımız Quran nüsxələri həm İran İslam Respublikasında və həm də digər ölkələrin sərgilərində maraqla qarşılanıb.

O əlavə edib: Haşiyəli Quran nüsxələri vasitəsi ilə Quran maarifini və İslam mədəniyyətininin xəttatlıq və rəssamlıq nümunələrini dünya xalqlarına çatdırırıq.   

http://iqna.ir/fa/news/3811691

نمایش قرآن‌های حاشیه‌نگاری شده در غرفه مالزی

نمایش قرآن‌های حاشیه‌نگاری شده در غرفه مالزی

نمایش قرآن‌های حاشیه‌نگاری شده در غرفه مالزی

Teqlər: iqna ، malaziya ، sərgi
captcha