İraqlı yeniyetmə ölkəsində koronavirusa görə tətbiq edilmiş altı aylıq sərt karantin rejimində virutal Quran dərslərindən istifadə edərək bütün Quranı əzbərləyib.
Məhəmməd Şakir Şinavə adlı bu növcavan Həzrət İmam Hüseyn (ə) hərəminin virtual təşkil etdiyi Quran dərslərində Quranın hamısını hifz edib.
Məhəmməd Şakir Şinavə 2004-cü ildə anadan olub, Bəsərə əyalətində yaşayır.
O, skayp proqramı vasitəsi ilə ustadı Həmzə Casim Bəttatın nəzarəti altında Quranı əzbərləyib.
Qeyd edək ki, İraqda "Min Quran hafizi" layihəsi icra edilir. Bu layihə çərçivəsində uşaq, yeniyetmə və cavanlara Quran dərsləri keçirilir və Quran hifzi öyrədilir.
Həmin layihə çərçivəsində İraqda 9-cu milli Quran yarışları keçirilib, Quran hafizləri və qariləri mükafatlandırılıblar. /3933932