IQNA

Mövlanın (ə) hərəmi Həzrət Zəhranın (s) müsibətində qaraya büründü - Foto

7:33 - December 29, 2020
Xəbər sayı: 3488944
Tehran (IQNA) -  İmam Əli ibn Əbi Talibin (ə) İraqın Nəcəf şəhərində yerləşəm müqəddəs ziyarətgahı xanımlar xanımı Həzrət Zəhranın (s) əzadarlıq günlərində qara bayraq və parçalarla bəzədildi.

Tehran (IQNA) -  Əmirulmöminin, mövləl-müvəhhidin, imamul-aləmeyin, Əbul-Həsəneyin İmam Əli ibn Əbi Talibin (ə) İraqın Nəcəf şəhərində yerləşəm müqəddəs ziyarətgahı xanımlar xanımı Həzrət Zəhranın (s) əzadarlıq günlərində qara bayraq və parçalarla bəzədildi.

Dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (s) şəhadət günləri (Əyyami Fatimiyyə) günləri münasibəti ilə İmam Əlinin (ə) müqəddəs hərəminin bütün eyvan, rivaq və həyətlərində üzərinə xanım Zəhranın (s) şəhadəti şüarları yazılmış qara parça və bayraqlar yerləşdirilib.

Hərəmdə Fatimiyyə Günləri əzadarlıq mərasimləri ilə bağlı müxtəlif dini və mədəni proqramlar və əzadarlıq məsclisləri təşkil ediləcək və peyk kanallarından canlı yayımlanacaqdır.

Qeyd edək ki, Həzrət Zəhranın (s) şəhadəti barədə şiə hədis və tarix qaynaqlarında iki rəy mövcuddur. Bir rəyə görə xanım hicrətin 11-ci ili Cəmadil-Əvvəl ayının 13-də və digər bir rəyə görə isə Cəmadis-Sani ayının 3-də şəhadətə yetmişdir. Buna görə də əhli-beyt (ə) aşiqləri Cəmadil-Əvvəl ayının 13-dən Cəmadis-Sani ayinin 3-dək (20 gün) xanım Fatimə (s) üçün əzadarlıq edirlər və bu əzadarlıq günlərinə "Əyyami Fatimiyyə" deyilir. /3943834

 

 

captcha