IQNA

Bəzi Bakı medialarının şayiəsi

23:57 - October 07, 2021
Xəbər sayı: 3490919
Azərbaycan Respublikasındakı bəzi medialar iddia ediblər ki, Vəliyyi Fəqihin bu respublikadakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejad həmin ölkəni tərk edib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Səhərtv-nin məlumatına əsasən xəbər verir ki, Azərbaycan Respublikasında bəzi medialar şayiə yayıblar ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin Azərbaycan Respublisındakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejad bu ölkəni tərk edib.

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejad təqribən bir ay bundan qabaqdan iclaslarda iştirak etmək üçün İrandadır.

Təqribən üç gün bundan qabaq İranın Azərbaycan Respublikasındakı mədəniyyət mərkəzinin tabeliyində olan iranlıların Bakıdakı Əhli-Beyt(ə) hüseyniyyəsi bağlandı.

Azərbaycan Respublikası daxili işlər nazirliyinin ictimai əlaqələr şöbəsi bu mədəniyyət mərkəzinin bağlanmasının səbəbini koronavirus pandemiyası və paytaxtın bu rayonunda yoluxma hallarının artması elan edib.

captcha