İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, bu barədə Report-a “Xanım Fatimeyi Zəhra (s.ə)” məscidinin icma sədri, axund İlqar Abdullayev məlumat verib.
Onun sözlərinə görə, hazırda ibadət yeri pandemiya dövrünün bütün tələblərinə əməl edilməklə dindarların ixtiyarındadır.
"Məsciddə hələlik mənimlə yanaşı, Surxay Əhmədov da axundluq edir. Adətən, məscid açılandan sonra icma formalaşır. Sənədləşmə işləri ilə bağlı aidiyyəti qurumlar hazırlıq işləri görürlər. Bundan sonra icma formalaşacaq”, - İ.Abdullayev vurğulayıb.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yenidən qurulan məsciddə yaradılan şəraitlə tanış olublar.