İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-nin məlumatına istinadla xəbər verir ki, M.Abbaszadə Meşkininin sözlərinə görə, İranın yeni hökuməti qonşu ölkələrə xüsusi önəm verir. İranla Azərbaycan arasında çoxlu bağlar mövcuddur. Qonşu ölkələr arasında isə İran üçün Azərbaycanın xüsusi yeri var.
“İranın Xarici İşlər Nazirliyi iki ölkə arasında münasibətlərin gücləndirilməsi ilə əlaqədar bütün maneələri aradan qaldırmaq istiqamətində işlər görür. Demək olar ki, hazırda iki ölkə əlaqələrini inkişaf etdirmək üçün heç bir maneə yoxdur. Bununla əlaqədar İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian parlamentə münasibətlərin möhkəmləndirilməsi ilə əlaqədar xüsusi hesabat təqdim edib və bu hesabat istiqamətində addımlar atılır”, - deyə o qeyd edib.