IQNA

Nueynə İstanbuldakı Ayasofya məscidində qiraət edib

13:47 - May 05, 2022
Xəbər sayı: 3492182
Misirli həkim və qari Əhməd Nueynə Türkiyənin İstanbul şəhərindəki Ayasofya məscidində Qurani-Kərimdən ayələr oxuyub.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Ramazan ayında İstanbulda Ayasofya və digər məscidlərdə müxtəlif tədbirlər keçirilib. Bunlara Quran tilavəti, Quranı xətm etmək, dua və surudlar oxumaq, moizə və xütbələr daxil idi.

Bu il Ayasofyada Ramazan ayında 88 ildən sonra Qədr gecəsi keçirilib.

Mərasimdə Misirin tanınmış qarisi Əhməd Əhməd Nueynə iştirak edib və onun imamlığı ilə camaat namazı qılınıb.

Minlərlə Türkiyə vətəndaşının iştirak etdiyi proqramda müxtəlif peyk kanalları Ayasofyada Nueynə ilə Qədr gecəsini işıqlandırıb.

kod

4054529

Teqlər: İstanbul ، Ayasofya ، məscid ، qari ، qiraət
captcha