İQNA, xəbər verir ki,Ustad Mahmud Xəlil Əl-Husari, Əbdül-Basit, Menşavi və Mustafa İsmayıl kimi ustadlarla birlikdə İslam dünyasındakı nüfuzuna görə müasir dövrün dörd böyük qarisindən biri kimi qeyd edilir.
1961-ci ildə əl-Hüsari Həfsin Asimdən rəvayət etdiyi Qurani-Kərimin qiraətinin səs yazısını lentə alan ilk şəxs olub. O, Misir Quran Radiosunun müsabiqəsində seçildikdən sonra bu radio 10 il ərzində yalnız Şeyx Husarinin qiraətini yayımlayırdı.