IQNA

Qətər Quran Parkı müxtəlif bitki növlərini qoruyur

12:51 - June 09, 2022
Xəbər sayı: 3492372
Bağın bitkilər sahəsindəki fəaliyyətini izah edən Qətər Quran Parkının direktoru onun Qətər bitki növlərinin gələcək nəsillər üçün qorunmasında mühüm rolunu vurğulayıb.

"İQNA", "Penicular Qatar"-a istinadən xəbər verir ki, Qətər Quran Bitki Bağının direktoru Fatimə bint Salih Əl-Xəlifi gələcək nəsillər üçün bitki növlərinin qorunmasında bağın mühüm rolunu vurğulayıb.

O, bildirib ki üç milyona yaxın nadir bitki toxumu, Qətərin yerli bitkiləri və Qurani-Kərimdə və peyğəmbərin (s) rəvayətlərində adı keçən bitkilər toplanıb. Bu toxumlar çox inkişaf etmiş mərkəzlərdə onilliklər ərzində saxlanıla bilər.

Əl-Xəlifi bağda 115 növdən ibarət 18500 ağacdan ibarət kolleksiyanın olduğunu bildirib. O, deyib ki bu bağda 2500 bitki nümunəsi var.

4062515

captcha