IQNA

Hindistanın əyalətlərindən birində İslam məktəblərinin fəaliyyəti qadağan edilib

4:28 - March 26, 2024
Xəbər sayı: 3495687
İQNA – Hindistanda seçkilər ərəfəsində bu ölkənin ən çox insan yaşayan Uttar Pradeş əyalətində məhkəmə islami məktəblərin fəaliyyətini qadağan edib.

"İQNA", "Əl-Şərq" saytına istinadən xəbər verir ki, bu hərəkət ümumi seçkilərdən əvvəl Hindistan müsəlmanları ilə millətçi Narendra Modinin rəhbərlik etdiyi hökumət arasında uçurumu daha da genişləndirəcək bir addım kimi qiymətləndirilir.

Məhkəmənin cümə günü dərc olunan qərarına əsasən, Uttar Pradeş əyalətində dini məktəblərin idarə olunması ilə bağlı 2004-cü ildə qəbul edilmiş qanun qüvvədən düşüb.

Məhkəmə bu məktəblərin fəaliyyətinin Hindistan Konstitusiyasında təsbit olunmuş dünyəviliyi pozduğunu iddia edərək, şagirdlərin adi məktəblərə köçürülməsinə qərar verib.

Dini Məktəblərin Təhsili üzrə Dövlət Şurasının sədri məhkəmənin qərarının 25 min məktəbdə 2,7 milyon şagird və 10 min müəllimə təsir edəcəyini bildirib.

Uttar Pradeş ştatının 240 milyon əhalisinin 5%-ni müsəlmanlar təşkil edir.

Aprel-iyun aylarında Hindistanda ümumi seçkilər keçiriləcək və Bharatiya Janata Partiyasının qalib gələcəyi gözlənilir.

Müsəlmanlar və insan haqları qrupları Hindu ekstremist Bharatiya Janata Partiyasının bəzi üzvlərini və filiallarını İslam əleyhinə nifrət nitqini təbliğ etməkdə və müsəlmanların əmlakına ziyan vurmaqda ittiham ediblər.

Modi isə Hindistanda dini ayrı-seçkiliyin mövcudluğunu inkar edir.

4206918

captcha