"İQNA", "Əl-Əhram" saytına istinadən xəbər verir ki, şənbə günü, aprelin 20-də Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümənin iştirakı ilə gənc Quran dahilərinin beynəlxalq müsabiqəsi Misirdə başlayıb.
Açılış mərasimindəki çıxışında Misirin vəqflər naziri bildirib ki, bu müsabiqənin keçirilməsində məqsəd Quranı əzbərləməkdə dahi istedadları üzə çıxarmaq və həvəsləndirmək, həmçinin İslam mədəniyyətini tanıtmaqla dini düşüncələri yaymaqdır.
Şərm Əl-Şeyx valisi Xalid Favda çıxışında Səhabə məscidinin mədəni və tarixi əhəmiyyətinə toxunaraq, bu məsciddə tədqiqatçıların və tələbələrin istifadə etdiyi dəyərli kitabxananın və İslam mədəniyyəti mərkəzinin olduğunu bildirib.
O əlavə edib ki, iki mərhələdə keçiriləcək müsabiqənin qaliblərinə qiymətli pul mükafatları veriləcək.
4211632