IQNA

SOS: İŞİD terroristləri yeni qüvvə ilə qayıdır

11:32 - June 10, 2021
Xəbər sayı: 3490024
əl-Əzhər İslami Elmlər Akademiyasının təkfirçilik və radikalizmlə mübarizə üçün  Siyasi Nəzarət Şurası hesabat yayaraq İŞİD terror təşkilatının yeni qüvvə ilə qayıdacağı barədə xəbərdarlıq edib.  

Misrin əl-Əzhər İslami Elmlər Akademiyasının təkfirçilik və radikalizmlə mübarizə üçün  Beynəlxalq Siyasi-İctimai Nəzarət Şurası hesabat yayaraq İŞİD terror təşkilatının yeni qüvvə ilə qayıdacağı barədə xəbərdarlıq edib.  

Hesabatda deyilir ki, qərb dövlətlərinin etibarlı beynəlxalq mərkəzləri tərəfindən verilən məlumatlara əsasən, İŞİD terror təşkilatı 2019-cu ildə Suriyada ağır məğlubiyyətə uğramasına baxmayaraq yenidən terror əməliyyatları keçirmək üçün üzvlərini artırmaqla məşğuldur.

Avropa Təhlükəsizlik Mərkəzlərinin təyid etdiyi məlumatlara görə, hazırda İŞİD terror təşkilatı məhv edilən İŞİD üzvlərinin ailələri və qalıqları arasındakı uşaqlar, yeniyetmələr və cavanlardan ibarət 27 min yeni üzv toplaya bilib.

Bu məlumatlara əsasən, onların arasında 600 nəfər Avropa ölkələrinin vətəndaşları da var.

Buna görə İŞİD terror təşkilatının yenidən Orta Şərqdə və hansısa müsəlman ölkəsində peyda olacağı ehtimalı güclüdür.

Qeyd edək ki, İŞİD-in insani bazasını sələfi və vəhabi düşüncəli təkfirçilər təşkil edir. Onlar Quran və sünnədən batil oxunuş ilə və cihad kimi dini terminləri yanlış təfsir edərək öz hədəfləri üçün yeni güclər toplaya biliblər.

İngiltərənin dövlət təhlükəsizlik orqanlarının bu barədə verdiyi məlumata əsasən, İŞİD-in keçən 12 ay ərzində öz sıralarına cəbz uşaqlar sayını ondan öncəki aylarda cəbz etdiyindən 7 faiz daha çoxdur. Bu uşaqların çoxu İŞİD-in orta şərqdə terror əməliyyatları apardığı zaman dünyaya gəlib və müharibə şəraitində yetişdiriliblər.

"əl-Əzhər Nəzarət Şurası" elan edib ki, İŞİD-in uşaqlardan sui-istifadə etməsi ilk dəfə deyil, bundan öncə də terroristlər uşaqlardan intiharçı amil və casus kimi istifadə edib. / iqna     

 

 

 

Teqlər: İŞİd ، əl-əzhər ، terror ، təkfir ، vəhabi ، sələfi
captcha