Çexiyanın Baş naziri Andrey Babiş mətbuata açıqlamasında bildirib ki, 2065-ci il üçün İsveç əhalisinin yarısından çoxu müsəlman olacaq.
Babişin fikrincə, Avropa əhalisinin müsəlman ölkələrindən olan miqrantlarla əvəzlənməsi təkcə İsveçdə baş verməyəcək.
Belə ki, onun sözlərinə görə, artıq 2044-cü ildə üstünlük müsəlmanlarda olacaq.
Xatırladaq ki, Babiş müsəlman ölkələrindən olan miqrantların Avropaya köçməsinin ən qatı əleyhdarlarındandır. 2017-ci ildə o, Çexiyanın sığınacaq istəyən miqrant qəbulunu tam dayandırmasında təkid etmişdi. /Shafaqna