IQNA

"Qüds İslamdan öncə" kitabı; Sionizm əfsanələrinə rəddiyyə

23:13 - August 01, 2021
Xəbər sayı: 3490415
Zeydan Kəfafinin qələmə aldığı "Qüds İslamdan öncə; Tövrati mətnlər, tarixi əsər və qaynaqlarda" kitabı İordaniyanın Oman şəhərinin "Daruş-Şüruq" nəşriyyatı tərəfindən çap və nəşr edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Zeydan Kəfafinin qələmə aldığı "Qüds İslamdan öncə; Tövrati mətnlər, tarixi əsər və qaynaqlarda" kitabı İordaniyanın Oman şəhərinin "Daruş-Şüruq" nəşriyyatı tərəfindən çap və nəşr edilib.

Kitabda Beytul-Müqəddəs şəhərinin tarixi araşdırılıb və bu şəhərdə barədə sionizmin və sionist rejiminin yaratdığı saxta əfsanələrə cavab verilib.

14 fəsldən ibarət olan bu kitabda müəllif Qüdsün coğafiyasını araşdırıb, Qüds barədə müasir dövrə qədər aparılmış araşdırmaları işıqlandırıb. Qüdsdə yaşamış ilk insanlardan danışıb. Şeyx Cərrah regionundakı qazıntılarda tapılmış eksponantlara işarə edərək bu dəlillərə əsasən Qüdsün 250 min illik bir tarixə malik olduğunu vurğulayıb.

Qədim arxeoloji tapıntılar göstərir ki, Beytul-Müqəddəsdə ilk yaşayış miladdan 4 min il əvvəl hazırkı Santa Məryəm və Eyn Salvan rayonunda olub.

Müəllif 4-cü fəsldə Misr və Beynun-Nəhreyindəki yazılı tarixi qaynaqlarında Qüdsün tarixini araşdırıb.

Beşinci fəsldə İbramın İraqın cənubundan Kənana köç etməsini Tövratın Təkvin fəslinə istinad edərək önə çəkib və müzakirə edib.

Sonrakı fəsillərdə sionizm və yəhudilərin müqəddəs torpaqlara mühacirətini müqəddəs kitabdakı dəlillər əsasında araşdırıb. Fələstinin Şam torpaqlarının ayrılmaz bir hissəsi olduğunu isbat edib.

Doqquzuncu fəsldə miladdan öncə 1200-ci ildən 923-cü ilədək Urşəlimdə baş verənləri Əhdi-Qədimin məlumatları əsasında işıqlandırıb. Urşəlimin Həzrət Davudun vasitəsi ilə Yəbusilərin əlindən alınması, sionistlərin özlərini Davudun nəslindən hesab etməs, Urşəlimi Süleymanın (ə) padşahlıq etdiyi mülk və Yəhuda dövlətinin paytaxı güman etmələri və həmin padşahlığın miladdan 586 il əvvəl Kildani şahı Nəbukid Nəsr tərəfindən işğal edilməsi məsələsini bəhs edib.

Sonkarı fəsillərdə isə Urşəlimin Babillilər tərəfindən işğalı, Yunan mədəniyyətinin Fələstin torpaqlarında təsiri, Rumluların Herodun vaxtında Urşəlimi yenidən qurması, Qüdsdə aparılmış arxeoloji qazıntıların nəticələri barədə söz açıb. / iqna

captcha