IQNA

İranın yeni prezidentinin andiçmə mərasiminin proqramı açıqlanıb

16:20 - August 02, 2021
Xəbər sayı: 3490426
Tədbirdə Ali Rəhbər, daxil və xaricindən yüksək səviyyəli qonaqlar və dövlət rəsmiləri iştirak edəcək. İran DİN-i 13-cü dövr prezident seçkilərinin keçirilmə prosesi ilə bağlı hesabat verəcək.
İranın yeni prezidenti Ayətullah Seyid İbrahim Rəisinin inauqurasiya mərasiminin proqramı açıqlanıb. 
Avqust ayının 3-də Ayətullah İbrahim Rəisinin ilkin andiçmə mərasimi olacaq və prezident kimi öz vəzifəsinin icrasına rəsmi olaraq başlayacaq. 
Tədbirdə Ali Rəhbər Ayətullah Üzma Seyid Əli Xamenei, ölkə daxilindən və xaricindən yüksək səviyyəli qonaqlar və dövlət rəsmiləri iştirak edəcək.
İran daxili işlər naziri XIII dövr prezident seçkilərinin keçirilmə prosesi ilə bağlı hesabat verəcək.
Daha sonra Ali Rəhbərin İ.Rəsinin prezidentliyini təsdiqlədiyinə dair mətn oxunacaq.
Bundan sonra İranın yeni prezidenti siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramlarını təqdim edəcək. 
Tədbir koronavirusla mübarizə qərargahının sağlamlıq protokollarına uyğun həyata keçiriləcək. Tədbirin sonunda Ali Rəhbər Ayətullah Xamenei çıxış edəcək. 
Tədbir İranın Dövlət Televiziyası  ilə canlı yayımlanacaq.
captcha