IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin 28. Beynəlxalq Qurani-Kərim yarışları cari ilin Dekabr ayının 11-dən 15-dək keçiriləcək.
Bu barədə Misrin İslami Fondlar və Dini İşlər Naziri Məhəmməd Muxtar Əli Cümə məlumat verib.
O əlavə edib ki, bu yarışların qaliblərinin mükafatlandırılması üçün 1 milyon Misr pondu (63,618 dollar) büdcə ayrılıb.
Misrin beynəlxalq Quran yarışlarının iştirakçıları aşağıdakı ixtisaslar üzrə yarışacaqlar:
1). Qurani-Kərim təcvid qaydaları və məfhumlarının dərki ilə hifz edilməsi və tərtil ilə tilavəti (35 yaş altında ərəbdilli qadınlar və kişilər üçün).
2). Qurani-Kərim təcvid qaydaları hifzi və tilavəti (yaşı 30 altında olan qeyri-ərəb kişi və qadınlar üçün).
3). Xüsusi qayğıya ehtiyacı olanlar arasında Quranın sadə hifzi, yaşı 30-dan çox olmaması şərti ilə.
4). Uşaqlar və yeniyetmələr arasında Qurani-Kərimin hifzi, iştirakçıların yaşı 12-dən çox olmaması şərti ilə.
Misrin İslami Fondlar və Dini İşlər Naziri Məhəmməd Muxtar Əli Cümə bildirib ki, yarışlarda ilk yerləri kəsb etməyən, amma ümumi imtiyazı 75-dən çox olanlara da təşviqi hədiyyələr veriləcək və bunun üçün 140 min Misr pondu büdcə tədarük görülüb. / iqna