İQNA, "Lancashire Telegraph"-a istinadən xəbər verir ki, Rizvan adlı qədimi Blekbern məscidi Nyuton küçəsində yerləşir və 1970-ci illərə aiddir. Məscid tikildikdən sonra ibadət edənləri qəbul etməklə yanaşı, yüzlərlə toy və xüsusi tədbirlərə ev sahibliyi edib.
Şəxsi ianələr hesabına icra edilən layihənin məqsədi onu müasir məscidə və sosial məkana çevirməkdir.
Yeni məscid 450 ibadətçi üçün nəzərdə tutulub. Hazırda şəhərdə 150 minə yaxın müsəlman yaşayır.