IQNA

Şeyx Mustafa İsmayıl misilsiz bir qari idi

23:19 - June 19, 2022
Xəbər sayı: 3492426
Şeyx Mustafa İsmayıl kimi tanınan Mustafa Məhəmməd Əl-Mursi İbrahim İsmayıl, Əkbərul-Qurra kimi tanınan məşhur misirli qiraətçidir. Bir çox qiraət mütəxəssislərinin fikrincə, bu misirli qiraətçinin vəfatı ilə misirli qiraətçilərin qızıl dövrü geriləməyə başladı.

"İQNA", xəbər verir ki, 1905-ci il iyunun 17-si Mustafa İsmayılın anadan olmasının ildönümüdür. Onu "Əkbərul-Qurra" da adlandırırlar. Çoxları qiraətdə onun qiraət tərzini təqlid edir.

Mustafa İsmayıl təsadüfən Şeyx Məhəmməd Rəfətlə görüşüb və onun üçün Qurandan ayələr oxuyur. O, Mustafa İsmayılın bacarıqlarını yüksək qiymətləndirərək ondan təcvid qaydalarına və qiraət sənətinə yiyələnməyi xahiş edir. Mustafa da özünə söz vermişdi ki, təcvidi bu elm mütəxəssisindən yaxşı öyrənəcək. Odur ki, o, Əhmədi müəssisəsinin qarilərindən olan Şeyx Mahmud Həşişin yanına getdi və istədiyinə nail olmaq üçün ondan istifadə etdi.

kod

4064785

captcha