"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, 16 yaşlı Bəşdər Cəlal sübh açılmazdan əvvəl İraq Kürdüstanının Süleymaniyyə vilayətinin Kəfri şəhərindəki Hacı Fəttah məscidinə doğru gedir.
O, 13 yaşından, səsində istedad əlamətləri üzə çıxandan doğma şəhərində azan zamanı məlahətli səsi ilə şöhrət qazanmış və beş vaxt namazın daimi müəzzini olmuşdur.
Gənc müəzzinin fərqləndirici xüsusiyyəti odur ki, o, Səba, Rast və s. kimi birdən çox İraq muğamında azan deyə bilir. İndi də o, İran muğamlarını öyrənir.
O, bir gün İraqda görkəmli müəzzin olmaq və beynəlxalq yarışlarda iştirak etmək arzusundadır.
4066182