IQNA

Məscidləri necə abad edək?

23:49 - July 02, 2022
Xəbər sayı: 3492491
İslamda ən mühüm ictimai mərkəz kimi məscidlərin tikintisi və abadlaşdırılması Quranın və hədislərin təkidli tövsiyələrindən biridir. Amma məscidin abadlığı təkcə onun tikintisindən ibarət deyil. Həqiqətdə, onlarda iştirak etmək, dini məclislərə diqqət yetirmək ən mühüm abadlaşdırmaq sayılır.

"İQNA", xəbər verir ki, Höccətül-islam vəl-müslimin Əbdül-Əmir Sultani məscidləri həqiqi mənada abad etmək barədə belə deyib:

Məscid müsəlmanların mühüm mərkəzlərindən biridir. Bəzən toplantı yeri, bəzən də dini, məzhəbi və ictimai mərasimlərin keçirildiyi mərkəzdir. Tarix boyu İslam ölkələrində məscidlər müsbət inkişaf və dəyişikliklərin mənbəyi olmuşdur. Bəzən məscidlər bir şəxsin ya şəxslərin və hətta cəmiyyətin problemlərini həll edib. Mənəvi inkişafla yanaşı, cəmiyyətin başqa sahələrdə də inkişafına kömək edir.

Ona görə də İslamda məscid tikməyə və onlara diqqət yetirməyə çox təkid edilir. Hətta məscidlərin dağıdılması və ya abadlaşmasının qarşısını almaq ən böyük zülm kimi qeyd edilmişdir. "Bəqərə" surəsinin 114-cü ayəsində bu barədə buyurulur: "      Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər?43 Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!".

İnsanların məscidə girməsinə və Rəbbin adını zikr etməyə mane olmaq və onu dağıtmağa çalışmaq ancaq onun binasını dağıdmaqla olmur. Daha doğrusu, məscidlərin dağıdılması və rövnəqinin azalması ilə nəticələnən hər hansı bir əməl bu hökmdədir. "Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yola yetişənlərdən ola bilərlər!" (Tövbə, 18). Bəzi rəvayətlərin açıq mətninə əsasən, məscidin tikintisi və məskunlaşması təkcə onun tikilməsi ilə bağlı deyil. Daha doğrusu, onlarda təşkil edilən Allahı zikr etməyə səbəb olan dini məclislərdə iştirak etmək və onlara diqqət yetirmək də abadlığın bir növü, həqiqətdə, ən mühümü sayılır. Buna görə də bunun müqabilində, insanların Allahı zikr etməyi tərk etmələrinə və məscidlərdən uzaqlaşmalarına səbəb olan hər hansı bir amil böyük bir zülmdür.

4056144

captcha