IQNA

Misirdə Əhli-Beyt (ə) məscidlərinin inkişaf və abadlıq planı

11:19 - July 03, 2022
Xəbər sayı: 3492496
Misirdə məscidlərin inkişafı xeyriyyə təşkilatı bu ölkədə 9 Əhli-Beyt (ə) məscidinin bərpası və abadlaşdırılması planını açıqlayıb.

"İQNA", "Əd-Düstur"-a istinadən xəbər verir ki, Misirdə Məscidlərin İnkişafı İdarəsinin icraçı direktoru Məhəmməd Əl-Şahavi deyib ki, bu qurum 2019-cu ildə Misir Vəqflər Nazirliyi ilə əməkdaşlıqda Əhli-Beyt məscidlərinin təmiri, inkişafı və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış xeyriyyə və qeyri-hökumət təşkilatıdır. Korona virusunun yayılması və məscidlərin fəaliyyətinin dayandırılması və bağlanması ilə əlaqədar olaraq 2021-ci ilin sonlarında fəaliyyətini bərpa edib.

O, məscidin inkişafı təşkilatının işə İmam Hüseyn (ə) məscidi ilə başladığını bildirərək deyib ki, İmam Hüseyn (ə) məscidinin abadlaşdırılmasının başa çatması ilə bu məscidin qorunub saxlanılması, saxlanması və təmizlənməsi işi də məscidin inkişafı qurumunun üzərinə düşür.

Əl-Şahavi Məscidlər təşkilatının 2022-ci ilin əvvəlində 9 Əhli-Beyt (ə) məscidinin inkişafı ilə bağlı plan hazırladığını bildirib.

4067437

captcha