IQNA

Həzrət Əlinin (ə) hərəmində Qədir-Xum bayramı qeyd olunub

21:45 - July 18, 2022
Xəbər sayı: 3492574
Nəcəf Əşrəfdə İmam Əlinin (ə) hərəmi Qədir-Xum bayramı münasibətilə İraqın müxtəlif əyalətlərindən, bəzi ərəb və islam ölkələrindən, o cümlədən İran İslam Cümhuriyyətindən bu müqəddəs ziyarətgaha gələn zəvvarlar ilə dolub.

"İQNA", İraq xəbər agentliyinə istinadən xəbər verir ki, Nəcəf Əşrəfdə İmam Əlinin (ə) hərəmi bu gün Qədir-Xum bayramı münasibətilə İraqın müxtəlif bölgələrindən və dünyanın bəzi ölkələrindən bu müqəddəs yerə gəlmiş zəvvarları qəbul edib.

Onlar Nəcəf Əşrəfdə o Həzrətin hərəmində toplaşıb birlikdə dualar edib və zikrlər deyiblər.

Eyni zamanda, müqəddəs Ələvi hərəminin müxtəlif yerləri gül və çıraqlarla bəzədilib, İmam Əliyə (ə) beyəti təzələyən plakatlar quraşdırılıb.

4071702

captcha