"İQNA", xəbər verir ki, Əmirəlmöminin Əlinin (ə) aşiqləri Allah günü olan Qədir-Xum bayramı münasibəti ilə dünyanın ən böyük tortunu bişirərək o Həzrətəin zəvvarlarına paylayıblar.
Bu tortu İranda İmam Əli (ə) və Əhli-beyt (ə) sevənlər bişiriblər. Nəcəfdə müvəhhidlər ağası Həzrət Əlinin (ə) hərəmində Həzrət Fatimeyi Zəhra (s) zalında bəzədilərək paylanıb. Bu böyük tortun çəkisi 200 ton, uzunluğu 1433 metr olub.
Əhli-beyt (ə) aşiqləri həmçinin Nəcəf Əşrəfdə o Həzrətin hərəmində toplaşıb birlikdə dualar edib və zikrlər deyiblər.
4071702