IQNA

Dinin məqsədlərini canlandırmaq üçün tarixi bir qiyam

14:21 - July 31, 2022
Xəbər sayı: 3492643
İslam tarixinin əlamətdar hadisələrindən biri də Həzrət Məhəmmədin (s) nəvəsinin Həcc mərasiminin ortasında başladığı, siyasi və dini qiyam niyyəti ilə İraqa doğru hərəkət etməsidir. Bu, qiyam edənlərin şəhadətinə səbəb oldu. Lakin son nəticədə münafiq hökmdarların azğınlıqlarına qarşı haqq İslam yolunun tarixə yazılmasına və əbədiləşdirilməsinə səbəb olan bir hərəkət oldu.

İyulun 30-u ilk qəməri ayı olan Məhərrəm ayının başlanğıcına təsadüf edir. Məhərrəm ayı İslam tarixinin mühüm mərhələlərindən hesab edilən heyrətamiz bir hadisəni xatırladır. İnqilabçı dindarlıq nümunəsi olan Həzrət Məhəmmədin (s) nəvəsi İmam Hüseyn (ə) həcc mövsümündə siyasi və dini qiyam niyyəti ilə Məkkədən Kufəyə (İraq şəhərlərindən biri) gedir.

Bu qısa hekayə beyində böyük suallar yaradır: Həcc mərasimini yerinə yetirməkdən daha vacib olan vacib məqsəd nə idi? Peyğəmbərin (s) vəfatından cəmi 50 il sonra (miladi 680-ci il) ümmətlə hökumət arasında hansı sapma əmələ gəldi ki, cənnət cavanlarının ağası (Peyğəmbərin İmam Hüseyn haqqında işlətdiyi ifadə) müsəlman ümmətində qiyam etsin?

Bu suallar bizim necə böyük hadisə ilə üzləşdiyimizi göstərir. Məhərrəm ayının onuncu günü “Aşura” hadisələri bizi daha böyük heyrətverici haisələrlə qarşı-qarşıya qoyan hadisədir: təqvası və İslam ənənəsinə həqiqi bağlılığı ilə bütün müsəlmanlar tərəfindən tanınan İmam Hüseyn (ə) zalım hökmdarlar qarşısında ailəsi və səhabələrindən olan 72 nəfərlə birlikdə tək qalır və şəhid olur. Tarixi rəvayətlərdə İmam Hüseynin (ə) səhabələrini misli görünməmiş amansızlıqla qətlə yetirən müxalif ordunun döyüşçülərinin sayının 10 min ilə 30 min arasında olduğu bildirilir. Elə ki, tarix boyu onun hər bir səhabəsinin şəhadəti üçün müfəssəl mərsiyələr ifadə edilmişdir.

İmam Hüseynin (ə) tarixdə səbt olmuş xütbələri, çıxışları, məktubları və vəsiyyətnamələrinin toplusu Aşura qiyamının məqsəd və motivlərini bilmək üçün ən yaxşı yoldur.

Niyə qiyam?

İmam Hüseyn (ə) Mədinədən çıxarkən və qardaşı Muhəmməd ibn Hənəfiyyəylə vidalaşarkən ona yazdığı vəsiyyətdə öz qiyamının məqsədini belə bəya edir: Mən islam cəmiyyətində dünyanın məqamına və sərvətinə çatmaq, fəsad və zülmə etmək üçün qiyam etmədim. Yalnız İslam cəmiyyətini islah etmək üçün qiyam etdim. Mən yaxşı işlər görməyi əmr edib, nəhy əz münkər edib, babam Peyğəmbərin (s) və atam Əli ibn Əbi Talibin (ə) yoluna əməl etmək üçün qiyam etdim.

İmam Hüseyn (ə) həmçinin Həcc mövsümündə müxtəlif İslam bölgələrindən olan alimlər və şəxsiyyətlərin Məkkə şəhərindəki məclisində həyəcanlı və gurultulu bir çıxışla, şəhərlərin alimləri və böyüklərinin müsəlmanların din və inanclarının mahiyyətini və nəticələrini qorumaq üçün ağır və ciddi vəzifəsini xatırladıb. Alimlərin Əməvilərin (o dövrdə İslam ölkələrinin hökmdarları olan) cinayətlərinə, dinə zidd və azğın siyasətlərinə qarşı susqunluqlarını tənqid edib. Hər hansı bir əməkdaşlıq və onlarla güzəştə getməyi bağışlanmaz günah kimi qiymətləndirib. Həzrət çıxışının sonunda bir neçə ildən sonra qiyam şəklində təzahür edən zalım hakim sistemə qarşı hərəkət və fəaliyyətlərinin məqsədini açıqlayıb:

 “Allahım, bilirsən ki, bizim etdiklərimiz (məsələn, əməvi hökmdarlarına qarşı sözlər və hərəkətlər) rəqabət və hökmranlıqda üstünlük əldə etmək və dünyanın əhəmiyyətsiz mallarından daha çox şey əldə etmək üçün deyil. Əksinə, Sənin dininin əlamətlərini (insanlara) göstərmək və torpaqlarında islahı aşkar etmək idi. Məzlum bəndələrinin əmin-amanlıqda olmasını, vaciblərə, sünnələrə və əmrlərinə əməl olunmasını istəyirik”.

Bu cümlələrə diqqətlə baxdıqda İmam Hüseynin (ə) Yezidin hakimiyyəti dövründə qiyam üçün həyata keçirdiyi hərəkət və fəaliyyətlərdən dörd əsas məqsədi anlaya bilərik:

  1. Həqiqi və xalis İslamın təzahür və əlamətlərinin dirçəlişi;
  2. İslam ölkələrinin əhalisinin islah edilməsi və vəziyyətinin yaxşılaşdırılması;
  3. Məzlum insanların təhlükəsizliyinin təmin edilməsi;
  4. İlahi əmr və vəzifələrin icrası üçün münasib zəmin yaradılması.
captcha