IQNA

Quran vahid məqsədə xidmət edir

23:40 - August 04, 2022
Xəbər sayı: 3492668
Qurani-Kərimdə müxtəlif mövzularda əmr və qadağalardan tutmuş Quran qissələri və onun moizələri ilə bağlı dərslərə qədər müxtəlif mövzular vardır ki, hamısı eyni məqsədə xidmət edir. “Allaha tərəf qaçın!” (Zariyat, 50).

“İQNA”, xəbər verir ki, Məhəmməd Mehdi Haqquyan Quranın ayələrinin bir-biri ilə əlaqəli olması barədə danışıb ki, onu diqqətinizə çatdırırıq:

Ola bilsin ki, biz Quran oxuyanda vəhy kəlmələri ilə əlaqə yaratmaq istəyəndə düşünək ki, bütün bu ayələr nə üçündür? Bəzi insanlar Quranı oxuyarkən hiss edirlər ki, onun ayələri bir-birinə bağlı deyil və dağınıqdır. Yəni bir ayədə haram olmaqdan bəhs edilir. Başqa bir ayədə bir şeyin vacibliyindən bəhs edilir. Sonrakı ayə bir hekayəyədən bəhs edir. Sonra moizə edir, və Allaha iman haqqında danışır!

Bu sualın cavabı olaraq, mübarək “Qəsəs” surəsində qızıl bir ayə var ki, belə buyurur: “Həqiqətən, Biz öz sözümüzü onlara bir-birinin ardınca vəbir-biri ilə əlaqəli halda çatdırdıq, bəlkə, öyüd-nəsihət alsınlar” (Qəsəs, 51).

Bu birliyi və davamlılığı necə başa düşmək olar? “Nisa” və “Muhəmməd” surələrində bir ayə var ki, buyurur: “Onlar Quran haqqında fikirləşmirlərmi?” (Nisa, 82). Biz təfəkkür vasitəsilə bu əlaqəni dərk edə bilərik.

İndi sual yaranır ki, əgər Quranın davamlılığı varsa, son nəticədə bir məqsədi olmalıdır; Davamlı söz gələndə nə üçündür? Qurani-Kərimdə çoxlu əmr və qadağalar, halallar, haramlar, misallar, hekayələr və moizələr var. Bunlar nə üçündür? Davamlı dedikdə, bir məqsədlə gəlmiş olmalıdır.

“Zariyat” surəsinə müraciət etdikdə həm peyğəmbərlərin hekayətini, həm də Allahın yaratdığı hadisələrə içdiyi andları, İbrahim (ə), Nuh (ə), Saleh (ə), Hudun (ə) və s. Hekayələrini görürük. Onların gətirdikləri əmrlər və çağırışları bəyan olur. Nəhayət, ən əsas ayə və bütün bunların xülasəsi olduğu deyilə biləcək bir ayəyə gələcəyik. Demək olar ki, Quranın nazil olmasından məqsəd bu cümlə və bu üç kəlmədir: “Allaha tərəf qaçın!” (Zariyat, 50).

Mən sizə Allah tərəfindən açıq-aydın xəbərdarlıq edənəm” deyən hər bir peyğəmbər yalnız bir şeyi nəzərdə tuturdu: “Allaha tərəf qaçın”. Allah olmayan hər şey təhlükədir. Çünki qaçmaq bizim üçün təhlükələrin gizləndiyi zaman deməkdir. Əgər haradasa bir şey olsaydı və heç bir təhlükə olmasaydı, Allah mütləq bizə sadəcə Mənə tərəf qaçın söyləməzdi. Buyurardı ki, eybi yoxdur, Mənə tərəf gəl, başqa şeylərə tərəf də get. Yox; Bu ancaq Allah üçündür.

Bizim üçün vacib olan və Qurani-Kərimin bizi dəvət etdiyinə əsaslanan vəzifəmiz həyatın hər nöqtəsində, hər düşüncəsində, hər qərarında və seçdiyimiz hər yolda bu məqamı diqqətdə saxlamaqdır ki, Allaha tərəf qaçmaq, yoxsa qeyri-Allaha doğru hərəkət etmək lazımdır?

4069466

captcha