IQNA

Nəcəfdə qarilər üçün ixtisaslaşdırılmış kurs keçirilib

10:29 - August 08, 2022
Xəbər sayı: 3492689
Müqəddəs Ələvi Astanının Darul-Quranı Nəcəf Əşrəf şəhərində qarilər üçün Quran tilavəti üzrə ixtisaslaşdırılmış kurs keçirib. Bu arada Ələvi Astanının tələbələrdən ibarət nümayəndə heyəti Məşhəd və Qum şəhərlərinə Quran səfərini başa vurub.

"İQNA", xəbər verir ki, Müqəddəs Ələvi Astanının düşüncə və mədəniyyət bölməsinə bağlı Darul-Quran Nəcəf Əşrəfdə onlarla qari üçün akademik və ixtisaslaşdırılmış Quran tilavəti kursu təşkil edib.

Bu təlim kurslarının rəhbəri Şabir Əl-Hüseyni deyib: "Müqəddəs Hüseyni Astanının Darul-Quranının Quran Təhsil Bölməsi Quran qarilərinin səsini və tonunu təkmilləşdirmək məqsədi ilə xüsusi kurs hazırlayıb".

O, bu kursun bir il davam edəcəyini bildirərək deyib ki, bu təlim kursunda iştirak etmək üçün 75 qari qeydiyyatdan keçmiş, onlardan 58-i qəbul edilmişdir.

Bu arada Hüseyni Astanının tələbələrdən ibarət nümayəndə heyəti Məşhəd və Qum şəhərlərinə Quran səfərini başa vurub.

4076574

captcha